AFFA baş məşqçi məsələsinə aydınlıq gətirdi: Santuş...
Azərbaycan milli komandasının portuqaliyalı baş məşqçisi Fernandu Santuşun istefaya göndəriləcəyi barədə xəbər yayılıb.
meqale.com xəbər verir ki, Santuşun Azərbaycan yığması ilə Millətlər Liqasında uğursuz çıxışı səbəbindən AFFA-nın portuqaliyalı məşqçini istefaya göndərəcəyi gözlənilir.
Fernandu Santuşun məsələsinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İcraiyyə Komitəsinin dekabrın 13-də baş tutacaq iclasında baxılacağı bildirilir.