Ağ Partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Ağ Partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
MSK katibi bildirib ki, Ağ Partiyanın 13 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınmaq üçün müraciət edib.
Məsələ səsə qoyularaq qəbul edilib.