Ukrayna Ali Radasının nümayəndə heyəti seçkiləri müşahidə edəcək

Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək. 

Ukrayna Ali Radasının nümayəndə heyəti seçkiləri müşahidə edəcək
Ukrayna Ali Radasının nümayəndə heyəti fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək. 

meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, müşahidə missiyasına Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk başçılıq edəcək.

Müşahidə missiyasına ukraynalı deputatlar - Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux, Sergey Bunin və Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyukun beynəlxalq məsələlər üzrə müşaviri Oleksandr Mişenko daxildir.