Ağcabədidə ağır qəza - ölənlər var
01:07 Xəbərə video əlavə olunub. ----------- 23:30 Ağcabədi rayonunda baş verən qəzada iki nəfər ölüb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Hərəkətdə olan minik maşını traktorla toqquşub. Nəticədə minik avtomobilində sürücüsü və sərnişini Salyan rayonu Qaraçuxur qəsəbə sakini 2002-ci il təvəllüdlü Əmirəliyev Şamil Pənah oğlu və Qazax rayon Qaymaqlı kənd sakini 2002-ci il təvəllüdlü Əhmədov Vaqif Valeh oğlu hadisə yerində həyatını itirib.