Aİ Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir
Aİ COP29-da uğurlu nəticələrə nail olmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının "yaşıl diplomatiya" ilə bağlı nəticələrində qeyd edilib.
"Şura Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) Dubayda BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP28) ev sahibliyi etdiyinə görə təşəkkür edir və BƏƏ konsensusunun qəbulunu alqışlayır. Aİ COP29 və COP30-la bağlı uğurlu və iddialı nəticələrə nail olmaq üçün bütün tərəfdaşlarla, o cümlədən, "üçlük"lə - Birləşmiş Ərəb Əmirlikləri və gələcək COP sədrləri - Azərbaycan və Braziliya ilə işləməyi səbirsizliklə gözləyir.