Aİ-nin Qırmızı dənizdəki missiyasına bu ölkə rəhbərlik edəcək

Qırmızı dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi ilə bağlı Avropa İttifaqının missiyasının taktiki komandanlığı İtaliyaya həvalə edilib. 

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın müdafiə naziri Quido Krozetto açıqlayıb. 

Onun sözlərinə görə, Aİ İtaliyadan Qırmızı dənizdə "Aspides" əməliyyatına rəhbərliyi üzərinə götürməsini istəyib.