“Art Weekend” təqdim edir: “Şeh. Olmayan Səhər” sərgisi - FOTO
"Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy" (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Şirvanşahlar Sarayında Azərbaycan rəssamı Vüsalə Ağarazıyevanın "Şeh. Olmayan Səhər" adlı fərdi sərgisinin açılışı olub.
                        meqale.com bildirir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.
"Şeh. Olmayan Səhər" əsərində Vüsalə Ağarazıyeva Şirvanşahlar Sarayını qaranlığın tədricən aydınlığa yol verdiyi həmin o kövrək anda gecə-sübh sərhədində yerləşən düşüncə məkanına çevirir.
AZƏRTAC-ın müxbiri ilə söhbətində rəssam sərgi ideyasının Şərq fəlsəfəsindən yarandığını, burada şehin anı, görünən ilə görünməyən, yuxu ilə oyanış arasındakı incə sərhədi simvolizə etdiyini bildirib.
O, şehin gecə ilə səhər, yuxularla reallıq "arasında" yarandığını vurğulayıb. Məhz bu keçicilik, keçici vəziyyət onu sərgini yaratmağa ruhlandırıb.