Asiya kubokunda 1/4 final cütlükləri bəlli oldu
Asiya kubokunda 1/8 final mərhələsi başa çatıb.
meqale.com qol.az-a istinadən xəbər verir ki, Yaponiya yığması Bəhreynə, İran isə Suriyaya qalib gələrək növbəti mərhələyə yüksəlib.
31 yanvar
Asiya kuboku 1/8 final
Bəhreyn - Yaponiya - 1:3 Qollar: Suzuki, 64-avtoqol - Doan, 31. Kubo, 49. Ueda, 72.
İran - Suriya - 1:1 (penaltilər 5:3) Qollar: Taremi, 34 - Xribin, 64-pen.
Bundan əvvəl isə Avstraliya, Tacikistan, İordaniya, Qətər, Özbəkistan və Cənubi Koreya yığmaları da 1/4 finala vəsiqə qazanmışdılar.
1/4 final cütlükləri
Tacikistan - İordaniya Avstraliya - Cənubi Koreya İran - Yaponiya Qətər - Özbəkistan