Avtomobil elektrik dirəyinə, sonra evə çırpıldı - 5 nəfər yaralandı - FOTO
Qubada avtomobil elektrik dirəyinə, sonra evə çırpılıb, 5 nəfər xəsarət alıb
Hərəkətdə olan "Toyota Prado" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb. Hadisə zamanı Məmmədov Rəşid, Mustafayev Rövşən, İsayev Elmin, Mustafayev Rizvan və Xələfov Şəmsəddin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobil isə yararsız hala düşüb.