Azad edilmiş ərazilərdə prezident seçkilərində təşviqat üçün görüş yerləri ayrılıb

Azad edilmiş ərazilərdə ilk dəfə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat üçün daimi görüş yerləri ayrılıb.

meqale.com xəbər verir ki, Laçın, Şuşa, Zəngilan və Qubadlı rayonları üzrə namizədlər üçün ayrılmış seçkiqabağı təşviqat üçün daimi görüş yerləri aşağıdakı kimidir:00

Laçın

121 saylı Laçın

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində, Şamkənd musiqi məktəbinin qarşısı

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindəki klub

Şuşa

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd

Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 qəsəbəsi, Malıbəyli kənd tam orta məktəbin idman meydançası

Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalı

Zəngilan

125 saylı Zəngilan Qubadlı

Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin mərkəzi meydanı

Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərciyin Mədəniyyət evi

Qubadlı

125 saylı Zəngilan Qubadlı

Sumqayıt şəhəri, 42-ci məhəllə, 10 saylı Peşə liseyinin qarşısındakı meydan

Sumqayıt şəhəri"28 May" Mədəniyyət evi

Qeyd edək ki, seçkiqabağı təşviqat tədbirləri çərçivəsində seçicilərlə görüşlər üçün şəhər və rayonlarda 125 seçki dairəsi üzrə 139 açıq, 139 qapalı yer müəyyən edilib.