Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Buratino” nağıl-tamaşasını səhnələşdirəcək
2 mart 2024-cü il tarixində Dövlət Uşaq Filarmoniyasının "Musiqili Uşaq Teatrı" görkəmli rus yazıçısı Aleksey Tolstoyun qələmə aldığı "Qızıl açar və yaxud Buratinonun macəraları" povesti əsasında hazırlanan "Buratino" nağıl-tamaşasını təqdim edəcək. Dünyanın bir çox teatrlarında göstərilən Buratinonun macəraları bu dəfə Dövlət Uşaq Filarmoniyasının balaca aktyorlarının iştirakı ilə səhnələşdiriləcək. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ağasəlim Feyzullayev.
Biletlər https://iticket.az/ru/events/kids/pinocchio/111148