Azərbaycan ilk dəfə “Cücələrim” Uşaq Festivali keçiriləcək

30, 31 may və 1 iyun 2024-cü tarixlərində Azərbaycanda ilk dəfə olaraq Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi,  Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Gəncə torpağının yetirməsi, əbədiyaşar Qəmbər Hüseynli adına I "Cücələrim" Uşaq Festivalını təqdim edəcək. Festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.

Festival çərçivəsində uşaq mahnılarından ibarət  konsert proqramları, uşaq xorlarının çıxışı, əl işlərindən ibarət sərgi baş tutacaq.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Gəncə şəhərində uşaqların musiqi paradı keçiriləcək.