Azərbaycanda ağır qəza - Ölənlər var - FOTO
Cəbrayıl rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Minik maşınlarının toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, yol qəzası bu gün saat 14 radələrində Cəbrayılın Marallı kəndi ərazisində qeydə alınıb.
"Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Hadisə zamanı Mehdi Mehdiyev, Ehtibar Əliyev və Əli Cəfərov ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar Füzuli rayon xəstəxanasına yerləşdirilib.