Azərbaycanda balıq tutmaq istəyən kişi faciəvi şəkildə öldü

Lənkəranda 32 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Azərbaycanda balıq tutmaq istəyən kişi faciəvi şəkildə öldü
Lənkəranda 32 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Xudaverən Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib.

O, balıq tutarkən tilovu yüksək gərginlikli elektrik xəttinə toxunub. X.Əlizadə tok vurması nəticəsində hadisə yerində ölüb.