Azərbaycanda bazarda yanğın olub - YENİLƏNİB - FOTO
21:40 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
meqale.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə issələrinun qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 2510kv.m. olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270kv.m. sahədə yanıb.
Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.
-------- 19:10
Ucarın mərkəzi bazarındakı yanğının söndürülməsinə Ucar, Göycay, Ağdaş rayonlarından yanğınsöndürənlər cəlb olunub.
meqale.com-ın ÀPA-ya istinadən xəbərinə görə, 500 kvadratmetr sahədə olan 8 maqazin və 1 kafe yanıb.
Ölən və xəsarət yoxdur.
Yanğın söndürülüb. Yanğınsöndürənlərin səyi nəticəsində digər tikililər yanğından mühafizə olunub
-------- 18:43 Ucarda mərkəzi bazar yanır.
meqale.com-ın ÀPA-ya istinadən xəbərinə görə, bu gün saat 18 radələrində bazarda güclü yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.