Azərbaycanda cinayət törədən qadın "Tiktok"er saxlanıldı - yenilənib

22:13 Xəbər verdiyimiz kimi, Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.

Azərbaycanda cinayət törədən qadın
22:13 Xəbər verdiyimiz kimi, Bərdə rayonunda qadın sosial şəbəkədə mübahisə etdiyi şəxslə görüşərək, onu bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, əməli törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

------------ 21:12 Bərdə rayonunda qadın "Tiktok"da mübahisə etdiyi şəxsi bıçaqlayıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Tünzalə Hüseynova "Tiktok" sosial şəbəkəsində mübahisə etdiyi 1992-ci il təvəllüdlü Ceyhun Zeynalova bıçaq zərbəsi vurub. Yaralı Bərdə mərkəzi xəstəxanasına yerləşdirilib.

T. Hüseynova polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarət alan şəxsin Vətən Müharibəsi iştirakçısı olduğu deyilir.