Azərbaycanda dəhşətli hadisə - Oğul atasını balta ilə vurdu

Gəncədə 72 yaşlı kişi başından xəsarət alıb.

Azərbaycanda dəhşətli hadisə - Oğul atasını balta ilə vurdu
Gəncədə 72 yaşlı kişi başından xəsarət alıb.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1952-ci il təvəllüdlü N.Məmmədov təpə nahiyəsinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib.

72 yaşlı kişiyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, N.Məmmədovu oğlu başından balta ilə vurub.