Azərbaycanda elektrovoz avtomobillə toqquşdu - FOTO
Bu gün saat 07:10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Sitalçay yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 75-Vl-639 olan "Nazlifan" markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın yoluna çıxıb.
Bu barədə meqale.com-a ADY-dən bildirilib.
Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
"ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.