Azərbaycanda evdə partlayış oldu - xəsarət alanlar var - YENİLƏNİB - FOTO

13:00 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Azərbaycanda evdə partlayış oldu - xəsarət alanlar var - YENİLƏNİB - FOTO
13:00 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən meqale.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.

Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

----------- 11:20 Xəbərə foto əlavə edilib. -------- 10:08 Şəmkirdə evdə qaz sızması nəticəsində partlayış olub.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Çaparlı kəndində qeydə alınıb.

1985-ci il təvəllüdlü B.Mərdanova, 2001-ci il təvəllüdlü A.Mərdanova və 2023-cü il təvəllüdlü R.Məhərrəmov müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerlədiriliblər. Yaralılardan B.Mərdanovanın vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, yaralılar evdə qaz sızması nəticəsində partlayış olması nəticəsində xəsarət alıblar.