Azərbaycanda molla həyat yoldaşını öldürdü - “Halal-haramı öyrədən insan idi” - yenilənib - VİDEO

22:20 Xaçmazda 45 yaşlı Yaqut Məmmədova​nın boğularaq öldürülməsinin detalları məlum olub.

Azərbaycanda molla həyat yoldaşını öldürdü - “Halal-haramı öyrədən insan idi” - yenilənib - VİDEO
22:20 Xaçmazda 45 yaşlı Yaqut Məmmədova​nın boğularaq öldürülməsinin detalları məlum olub.

meqale.com-ın məlumatına görə, qətldə onun əri, Xaspoladoba kəndində molla kimi fəaliyyət göstərən 1977-ci il təvəllüdlü Asəf Məmmədov şübhəli bilinir.

Yaxınlarının sözlərinə görə, cütlük qohumlarının evində baş tutan məclisdə iştirak edib.

Ər-arvad arasındakı mübahisənin orada başladığı, daha sonra öz evlərində davam etdiyi bildirilir. Məlumata görə, qətl hadisəsi onların öz evlərində baş verib.

Qonşularının sözlərinə görə, onların hər ikisi ibadətlə məşğul olub. Qətli törətməkdə şübhəli bilinən A.Məmmədov kənddə dini dərslər də tədris edib:

"Dindar, halal-haramı öyrədən insan idi. Dini dərslər öyrədirdi. Hamıya şok yaşatdı, özü də çıxıb getdi".

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:

--------- Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, molla arvadını qısqanclıq zəminində öldürüb. O, arvadının başqa kişi ilə əlaqələrini tutub.

Xaspoladoba kənd sakini, 48 yaşlı Asəf Vaqif oğlu Məmmədov yaşadığı evdə qısqanclıq zəminində arvadı, 45 yaşlı Yaqut Bayram qızını əli ilə boğaraq öldürüb.

Faktla bağlı cinayət işi başlanıb, A.Məmmədov tutulub.

-------

07:06

Xaçmaz rayonunun Xaspolad-oba kəndində baş verən qətlin detalları məlum olub.

meqale.com xəbər verir ki, kəndin mollası Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədovanı boğaraq öldürüb.

Daha sonra Xaçmaz rayon Polis Şöbəsinə gələrək təslim olub.