Azərbaycanda restoranda kütləvi zəhərlənmə oldu - Yenilənib
18:56 Göygöldə zəhərlənmə hadisəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Toğanalı kəndindəki restoranların birində qeydə alınıb.
Hadisə yerinə Göygöl Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub.
Məlumata görə, Gəncə şəhərindən də hadisə yerinə Təcili Tibbi Yardım briqadaları yollanıb.
Zəhərlənmənin vətəndaşların özləri ilə restorana gətirdiyi qidaların səbəb olduğu ehtimal edilir.
--------- 18:18 Göygöldə zəhərlənmə hadisəsi baş verib.