Azərbaycanda “Satınalma güzəştinin tətbiqi Qaydası" dəyişdi

Nazirlər Kabineti 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Satınalma güzəştinin tətbiqi Qaydası"nda dəyişiklik edib.

Azərbaycanda “Satınalma güzəştinin tətbiqi Qaydası
Nazirlər Kabineti 30 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Satınalma güzəştinin tətbiqi Qaydası"nda dəyişiklik edib.

meqale.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra malın yerli mənşəli olması satınalmada iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məxsus "İstehlak Mallarının Ekspertizası Mərkəzi" MMC-nin verdiyi malın mənşəyi barədə rəy əsasında müəyyən ediləcək.

İndiyə qədər malın yerli mənşəli olması satınalmada iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən "İstehlak Mallarının Ekspertizası Mərkəzi" tərəfindən malın istehsalçısı olan təchizatçıya münasibətdə ona təqdim edilən malın mənşəyi barədə rəy və Xidmət tərəfindən verilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında, malın istehsalçısı olmayan təchizatçıya münasibətdə isə ona təqdim edilən malın mənşə ölkəsini təsdiq edən sertifikat əsasında müəyyən edilirdi.