Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycanın Əməkdar müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Hikmət Məmmədov vəfat edib.

Azərbaycanda tanınmış alim vəfat etdi
Azərbaycanın Əməkdar müəllimi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Hikmət Məmmədov vəfat edib.

meqale.com bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib.

Bildirilıib ki, o, uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Hikmət Süleyman oğlu Məmmədov 1938-ci ildə anadan olub. O, 1975-ci ildən AzMİU-da çalışıb. Təqaüdə çıxana qədər ali təhsil müəssisəsinin İnşaat fakültəsinin dekanı vəzifəsində çalışıb. 2012-ci ildə "Tərəqqi" medalı, 2016-cı ildə "Əməkdar müəllim" fəxri adı, 2018-ci ildə isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı" ilə təltif olunub. AzMİU-nun fəxri professoru olan H.Məmmədov 30 dərslik və dərs vəsaiti, 1 monoqrafiya və 200- ə yaxın elmi məqalələrin müəllifidir.