Azərbaycanda toyda dava - gənc oğlan evə gələndən sonra...
Sabirabad rayonunda 29 yaşlı gənc özünə xəsarət yetirib.
meqale.com axar.az-a istinadən bildirir ki, rayonun Bulduq kənd sakini, 1995-ci il təvəllüdlü Əjdər Elşad oğlu Səmədov bədəninin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, Ə.Səmədovun toy mərasimində mübahisəsi düşüb, evə qayıtdıqdan sonra o, kəsici alətlə özünə müxtəlif xəsarətlər yetirib.