Azərbaycanda vəzifəli şəxs qəzada öldü - FOTO
Ağdamda ərazi nümayəndəsi qəzada ölüb.
meqale.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Cabarrov Fərrux Nazim oğlu sürcülük hüququ və etibarnamə olmadan idarə etdiyi 02-BR-360 dövlət qeydiyyat nişanlı "Lada Priora" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.