Azərbaycanda vəzifəli şəxsin 6 min manatlıq qızılı oğurlandı
Azərbaycan Texnologiya Universitetinin prorektor köməkçisi vəzifəsində çalışan Nübar Hacıyevanın qızıl-zinət əşyaları oğurlanıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, Göygöl rayonunun Qırıxlı kəndində yaşayan N. Hacıyevanın evindən 6 min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. Hadisə barədə polisə müraciət edilib və faktla bağlı cinayət işi açılıb.
Araşdırmalarla oğurluq əməlinin evdə ayda bir dəfə təmizlik işləri görən 1966-cı il təvəllüdlü Sevda Məmmədova tərəfindən törədilməsi müəyyən edilib.
O, oğurladığı əşyaların 2 min manatlıq hissəsini geri qaytarıb.