Azərbaycanın su ehtiyatının həcmi AÇIQLANDI

2022-ci il statistikasına görə yerüstü su ehtiyatları 17 milyard kubmetr olub. 1960-1990-cı illər Azərbaycanın daha çox sululuq dövrü hesab olunur. Bu illəri indiki dövrlə müqayisə etsək su ehtiyatları 43 faiz daha azdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov bildirib.

O qeyd edib ki, 30 milyard kubmetr su 17 milyard kubmetrə düşüb.

"Yeraltı su ehtiyatlarının hesablanması aparılacaq. Ancaq təqribi hesablamalara görə, 8 milyard kubmetr su ehtiyatlarımız var. Bu ehtiyatların bir hissəsi Qarabağdadır. Qarabağdakı bolsulu çaylardan istifadə edilərək su anbarları tikiləcək", - deyə Ə.Şirinov bildirib.