Azərbaycanlı ustadını yenə unutmadı... - FOTO
Dünyaca məşhur kamança ifaçısı Mark Eliyahu Bakı konsertindən əvvəl azərbaycanlı ustadı ilə bağlı paylaşım edib.
meqale.com xəbər verir ki, o, kamança ifaçısı Ədalət Vəzirovla 17 yaşında ikən çəkilmiş şəklini paylaşaraq bu sözləri yazıb:
"Bakı əsl sehrdir. Bu şəkildə 17 yaşım var, müəllimim Ədalət Vəzirovla birlikdə həm musiqi, həm də həyatı öyrənirəm. Və budur, 25 il sonra yenidən Bakıdayam. Qrupum və musiqim ilə növbəti həftə baş tutacaq konsertimə hazırlaşıram. Həyatın yolu sürprizlərlə doludur. Bakı, gələn həftə görüşərik!".
Xatırladaq ki, M.Eliyahu daima mərhum ustadı Ədalət Vəzirovla bağlı paylaşımları ilə diqqət çəkir. Onun müəlliminə verdiyi dəyər isə sosial şəbəkələrdə xoş qarşılanır.