Bakı-Şamaxı yolu buz bağladı

Bakı-Şamaxı yolu buz bağlayıb. Yolun buz bağlaması səbəbindən hərəkəti çətinləşib, qəzalar baş verib.

Bakı-Şamaxı yolu buz bağladı
Bakı-Şamaxı yolu buz bağlayıb. Yolun buz bağlaması səbəbindən hərəkəti çətinləşib, qəzalar baş verib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli meqale.com-a bildirib ki, yolda buzlaşma var.

"Lakin Agentliyin texnikaları yolda növbə çəkirlər. Yola duz-qum qarışığı səpilir. Yoldakı problemlər aradan qaldırılması istiqamətdə işlər görülür", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakı-Şamaxı yolunun buz bağlaması sürücülərə çətin anlar yaşadıb. Şaxtalı hava yolda hərəkəti iflic edib.

Yolun buz bağlaması qəzaya da səbəb olub. Hadisə zamanı minik avtomobilləri toqquşublar.