Bakıda 5 nəfərin öldüyü zavodda TƏSİRLİ MƏNZƏRƏ - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 3-də ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində 5 işçinin ölümü ilə nəticələnən hadisə baş verib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, zavodun inzibati binasının foyesində vəfat edən əməkdaşların xatirəsinə guşə yaradılıb. Xatirə guşəsində onların fotoları, əklillər və gül dəstələri qoyulub.

Qeyd edək ki, hadisə iyunun 3-də saat 17:00 radələrində baş verib. ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.