Bakıda 9 minə satışa çıxarılan bu texnologiya tarixə qovuşdu - VİDEO - FOTO
"Apple" qalmaqallı eynək layihəsini ləğv edib.
meqale.com xarici mətbuata istinadla xəbər verir ki, "Apple" bir müddətdir üzərində çalışdığı AR eynəyi layihəsini dayandırıb.
"Bloomberg"in məlumatına görə şirkət məhsulun gözlənilən performansı göstərmədiyi üçün proqramdan imtina edib.
Şirkətin əsas məqsədi hər gün istifadə oluna biləcək və adi eynək kimi görünən bir cihaz yaratmaq idi. Bu eynəklər visionOS əsaslı olsa da, VR başlığı olan Vision Pro-nun davamçısı olmayacaqdı. Apple əvvəlcə AR eynəklərinin iPhone ilə işləməsini planlaşdırsa da, sonradan cihazın funksiyalarını dəstəkləmək üçün Mac kompüterlərinə yönəlmişdi.