Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər saxlanıldı - YENİLƏNİB

17:33

Bakıda arvadını öldürməkdə şübhəli bilinən ər saxlanıldı - YENİLƏNİB
17:33

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sabunçu rayon prokurorluğundan meqale.com-a verilən məlumata görə, mayın 5-də paytaxtın Sabunçu rayonu ərazisində 2002-ci il təvəllüdlü Ayşən Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1996-cı il təvəllüdlü Nurəddin Məmmədovun rayonun Ramana qəsəbəsi ərazisində arvadı Ayşən Məmmədovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Nurəddin Məmmədov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

-------- 16:38 Mayın 5-də 15:30 radələrində Sabunçu rayonu ərazisində 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.