Bakıda avtomobil yandı - VİDEO

Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobilində yanğın baş verib.

Bakıda avtomobil yandı - VİDEO
Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobilində yanğın baş verib.

meqale.com xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ətraflı

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "AzSamand" markalı minik avtomobilinin mühərriki və elektrik lövhəsinin yanar hissələri qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.