Bakıda binadan komendantın üstünə adam düşdü, ikisi də öldü - ADLAR
13:53
meqale.com xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.
-------
13:11
Bakıda iki nəfərin ölümü ilə nəticələnən hadisə baş verib.
meqale.com lente istinadla bildirir ki, hadisə Nizami rayonu ərazisində "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.
Adı hələlik məlum olmayan gənc oğlan hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən yıxılıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Onun komendant olduğu bildirilir.
Nəticədə oğlan və komendant yerindəcə keçiniblər.