Bakıda dələduzluğa məruz qalan qadının 27 min manatı ələ keçirildi
Bakının Binəqədi rayonunda qadın naməlum şəxs tərəfindən aldadılıb.
Bu barədə meqale.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində vətəndaşın 10000 manat, 10000 dollar və 500 avro pulu alınıb.
Keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən H.Ələkbərova saxlanılıb.
Araşdırma aparılır.