Bakıda köşk yandı, ölən var
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən meqale.com-a bildirilib ki, yanğının kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar təhqiqat aparılır.