Bakıda məmur qəfil vəfat etdi
Hesablama Palatasının Maliyyə və təchizat şöbəsinin sektor müdiri Ağayev Namiq Ataxan oğlu dünyasını dəyişib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, onun səhhətində daha öncədən hər hansı problemin olmadığı, qəfil ürəktutmadan həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, N.Ağayev bu il iyunun 24-də Prezidentin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdi.