Bakıda məscidin qarşısında ağır qəza, ölən var

Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Bakıda məscidin qarşısında ağır qəza, ölən var
Bakı şəhər Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, 1985-ci il təvəllüdlü Vüqar Şahbalıyev idarə etdiyi "Mitsubishi L200" markalı avtomobillə İmam Rza məscidinin qarşısında qadını vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb.

İlkin araşdırmalar zamanı vəfat edən piyadanın 1966-cı il təvəllüdlü Zöhrə Cəbrayıl qızı Xəlilova olması müəyyənləşib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb.