Bakıda reabilitasiya mərkəzində ÖLÜM
Bakıda reabilitasiya mərkəzində ölüm olub.
meqale.com lente istinadən bildirir ki, hadisə paytaxtın Pirşağı qəsəbəsində yerləşən Sağlam Dünya Reabilitasiya Mərkəzində qeydə alınıb.
Orada müalicə alan, Beyləqan rayon sakini, 1989-cu il təvəlüdlü Cəlil Mehdiyev dünyasını dəyişib.
C. Mehdiyevin ölümünün səbəblərini müəyyənləşdirmək üçün müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.