Bakıda şagird özünü məktəbin binasından atdı

Bakıda 220 nömrəli məktəb-liseydə səkkizinci sinif şagirdi M.R. dərs zamanı özünü pəncərədən atıb.

Bakıda şagird özünü məktəbin binasından atdı
Bakıda 220 nömrəli məktəb-liseydə səkkizinci sinif şagirdi M.R. dərs zamanı özünü pəncərədən atıb.

meqale.com  "manşet.az"-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

İlkin məlumata görə, şagird sinif yoldaşları ilə aralarında yaranan mübahisədən sonra intihar məqsədilə bu addımı atıb.

O, ağır kəllə-beyin travması alıb. Daha sonra müəllimlərin köməkliyi ilə təcili tibbi yardım çağırılaraq xəstəxanaya göndərilib.

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırma apardığı bildirilib.