Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB - FOTOlar

-----

Bakıda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB - FOTOlar
-----

23:38

Bakı şəhərinin Nəsimi rayonu, Puşkin küçəsində yerləşən ikimərtəbəli yaşayış binasında baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə meqale.com-a FHN-dən bildirilib.

-----

23:00

Bakının Nəsimi rayonunun A.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.

meqale.com report.az-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını, polis əməkdaşları cəlb edilib.

Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.

Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir.