Xudafərin qəsəbəsi belə olacaq - FOTO
Yenidən salınacaq Cəbrayılın Xudafərin qəsəbəsində öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb.
Bu barədə meqale.com-a Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Bildirilib ki, burada aparılan tikinti işlərində "dayanıqlı kənd", "yaşıl enerji" və "dayanıqlı nəqliyyat" yanaşmaları əsas götürülüb.