Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1991-ci il təvəllüdlü Həmidov Süleyman Balasər oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.