Həmin dərmanlar sığorta hesabına alınacaq

İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb.

Həmin dərmanlar sığorta hesabına alınacaq
İcbari tibbi sığorta çərçivəsində dərman vasitələrinin seçim prinsipləri açıqlanıb.

meqale.com xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev bu gün TƏBİB və Agentlik tərəfindən keçirilən "İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim"də çıxış edib və dərman vasitələrinin pozitiv siyahıya daxil edilmə prosesini izah edib.

Dərman vasitələrinin pozitiv siyahıya daxiledilməsi ərizəçi tərəfindən təqdim olunan sənədlər toplusundakı məlumatların müəyyən olunmuş meyarlara uyğunluğunun qiymətləndirilməsinə əsaslanır. Təqdim olunmuş məlumatlar Agentlik tərəfindən qiymətləndirilir və nəticəyə əsasən dərman vasitəsinin pozitiv siyahıya daxil edilməsi, dəyişikliklərin qəbul edilməsi və ya imtina qərarı qəbul olunur.

Qərarlara uyğun olaraq pozitiv siyahı rübdə bir dəfə yenilənəcək. 

Həmçinin pozitiv siyahıda dərman vasitəsinin razılaşdırılmış pərakəndə satış qiyməti, şərti kompensasiya məbləği və müştərək maliyyələşmə məbləği də müəyyən ediləcək. 

Müraciətlərin növündən asılı olaraq  ilkin yoxlama 15 iş günü, əsas baxış isə 90  iş günü ərzində tamamlanır. Dəyişiklik üzrə müraciətlərə isə 30 iş günü ərzində baxılacaq.