Barokko musiqisi axşamı keçirilib - FOTO
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Barokko musiqisi axşamı keçirilib.
Musiqili gecədə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Xurşid Abdullayeva (klavesin), İlham Nəzərov (kontratenor) dinləyicilər qarşısında çıxış edib.
Proqramda barokko dövrünün bəstəkarlarının əsərləri səslənib.