Bayden bu şəxslərə sığınacaq verilməsinə qadağa qoyur
ABŞ Prezidenti Co Bayden ölkənin cənub sərhədini qanunsuz keçən qeyri-qanuni miqrantlara sığınacaq verilməsinə müvəqqəti qadağa qoyur.
meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Bildirilib ki, bu addımlar ölkədə qalmaq üçün heç bir hüquqi əsası olmayan qeyri-qanuni mühacirlərin ölkədən çıxarılmasını asanlaşdıracaq.
Tədbirlər miqrant axını lazımi səviyyəyə enənə qədər davam edəcək.