BDU-nun tələbəsi faciəvi şəkildə öldü - FOTO
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov həyatını sonlandırıb.
Onun meyiti eyvanda aşkar edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bakı Dövlət Universiteti Ramil Nəsirovun vəfatı ilə bağlı məlumat yayıb.