Belaruslu müğənni və model Myanmada öldürülərək orqanları satıldı - FOTO
Belarusun "Səs" televiziya şousunun keçmiş iştirakçısı Vera Kravtsova Myanmada faciəli şəkildə ölüb, ehtimal olunur ki, o, orqan satıcılarının qurbanı olub.
meqale.com oxuya istinadən xəbər verir ki, 26 yaşlı Minsk sakini model biznesində işləmək üçün Tailanda səfər edib. Lakin qız beynəlxalq insan alveri sxeminin qurbanı olub.
Kravtsova aldadılaraq sentyabrın 20-də Myanmaya aparıldıqdan sonra əmək kölələliyinə məruz qalıb. Qız burada tanışlıq saytlarında saxta profillər yaratmağa məcbur edilib.
Onunla əlaqə oktyabrın 4-də kəsilib. Qızı qaçıranlar onun qohumlarından 500 min dollar tələb ediblər.