Bərdədə AĞIR QƏZA: 4 yaralı var - FOTO

Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bərdədə AĞIR QƏZA: 4 yaralı var -  FOTO
Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

meqale.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

Belə ki, 09-BT-866 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış vəziyyətdə olan 2 avtomobili və 3 nəfəri vurub.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.