Bərdədə mopedlə maşın toqquşdu - Xəsarət alan var - FOTO

Bərdədə mopedlə minik avtomobili toqquşub.

Bərdədə mopedlə maşın toqquşdu - Xəsarət alan var - FOTO
Bərdədə mopedlə minik avtomobili toqquşub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cəfərov Zabil Cəfər oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Amil adlı şəxsin idarə etdiyi mopedlə toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.